Donald Tramp rəhbərliyindən İsrailə xəbərdarlıq

Donald Tramp rəhbərliyi İsrailə yeni yaşayış binaları tikməsinə görə xəbərdarlıq edib.

698418
Donald Tramp rəhbərliyindən İsrailə xəbərdarlıq

  Ağ Evdən verilən açıqlamada bildirilir: "20-23 martda ABŞ-ın paytaxtı Vaşinqtonda Amerika və İsrailli heyətlər arasında olan iclasda Qəzza və İordan çayının qərb sahilindəki iqtisadi vəziyyətlə əlaqədar görüləsi tədbirlər müzakirə edilib. Amerika nümayəndə heyəti prezident Donald Trampın İsrailin yeni yaşayış məskənləri tikməsinə dair narahatlığını İsrailli nümayəndələrinə çatdırıb. Hər iki tərəfə Qəzza xalqının mənfəətinə olacaq tədbirlərin həyata keçirilməsilə bağlı imzalanan razılaşmada həmçinin 2014-cü ildə Misirin paytaxtı Qahirədə keçirilən Qəzzanın Bərpası Konfransında verilən vədləri yerinə yetirmək çağırışı edilib."



Әlaqәli Xәbәrlәr