‘‘ABŞ-ın ilkin hәdәfi DEAŞ-ı mәğlub etmәkdir’’

Bunu ABŞ-ın  Dövlət Katibi  Reks Tillerson deyib.

697151
‘‘ABŞ-ın ilkin hәdәfi DEAŞ-ı mәğlub etmәkdir’’

ABŞ-ın  Dövlət Katibi  Reks Tillerson ölkəsinin ilkin hədəfinin  Yaxın Şərqdə terror təşkilatı DEAŞ-ı məğlub etmək olduğunu deyib.

Vaşinqtonda keçirilən DEAŞ-a qarşı beynəlxalq koalisiyanın toplantısında çıxış edən Raks Tillerson terror təşkilatı DEAŞ-ın lideri  Əbubəkir əl Bağdadinin köməkçilərinin ABŞ rəhbərliyindəki koalisiya qüvvələri tərəfindən məhv edildiyini bildirib.

Reks Tillerson öldürülənlər arasında Brüssel, Paris və digər bölgələrdə törədilən terror  hücumlarını  planlaşdıran terrorçuların olduğunu bildirib.

R. Tillerson həmçinin qeyd edib ki:  ‘‘Terror təşkilatını məğlub etmək üçün ABŞ rəhbərliyindəki DEAŞ-a qarşı mübarizə aparan koalisiya  kəşfiyyat məlumatlarını paylaşmağı artırmalıdır’’.



Әlaqәli Xәbәrlәr