ABŞ-da atışma nəticəsində biri polis 4 nəfər ölüb

Amerika Birləşmiş Ştatları (ABŞ)-nın Viskonsin ştatında atışma nəticəsində 4 nəfər həyatını itirib.

697497
ABŞ-da atışma nəticəsində biri polis 4 nəfər ölüb

Ştatın 3 fərqli bölgəsində baş verən silahlı qarşıdurmada ölənlərdən birinin polis olduğu bildirilir.

Everest Metro Polis idarəsi Müdiri Wally Sparks, təşkil etdiyi mətbuat konfransında, hadisənin bir bankda "daxili məsələ üzündən yaranan münaqişədən" sonra başladığını və təcavüzkarın saxlandığını bildirib.

Təhlükəsizlik səbəbiylə bölgədəki məktəb və xəstəxanalar bir neçə saat giriş və çıxışlara bağlanıldı.

Ədliyyə Nazirliyi hadisə ilə əlaqədar istintaq başladıb.



Әlaqәli Xәbәrlәr