‘‘ABŞ və NATO-nun Yaxın Şərqdə həyata keçirdiyi təcavüzkarlıq siyasəti öz nəticəsini verəcək’’

Bunu Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov deyib.

694286
‘‘ABŞ və NATO-nun Yaxın Şərqdə həyata keçirdiyi  təcavüzkarlıq siyasəti  öz  nəticəsini verəcək’’

Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov Türkiyənin XİN rəhbəri  Mövlud Çavuşoğlunun  ‘‘Yaxında  Avropada din  savaşları da başlayacaq’’ sözlərinə münasibət bildirib.

 A. Puşkov  məsələ ilə bağlı ‘‘Twitter’’ səhifəsindən  verdiyi açıqlamada, "Türkiyənin  Xarici  İşlər naziri Mövlud  Çavuşoğlu ‘‘Yaxında  Avropada din  savaşları da başlayacaq’’ deyib.  ABŞ və NATO-nun Yaxın Şərqdə həyata keçirdiyi  təcavüzkarlıq siyasəti  öz  nəticəsini verəcək’’  deyə bildirib.

Hollandiyada keçirilən  parlament seçkilərinin  nəticələrini qiymətləndirən  Mövlud  Çavuşoğlu  yaxında  Avropada din  savaşlarının  başlayacağına dair proqnoz  verib.



Әlaqәli Xәbәrlәr