Donald Tramp  mǝhkǝǝ qǝrarına sǝrt reaksiya verib

ABŞ-ın Havay ştatı  məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən yeni fərmanının icrasını müvəqqəti təxirə salıb.

692563
Donald Tramp  mǝhkǝǝ qǝrarına sǝrt reaksiya verib

"Associated Press" agentliyinin  xəbərinə görə, qərar ştat rəhbərliyinin müvafiq sorğusu əsasında hakim Derrik Uotson tərəfindən çıxarılıb.

Fərman martın 16-dan bütün ölkə üzrə qüvvəyə minməli idi. Havay məhkəmə vasitəsilə Trampın fərmanını ləğv etməyə cəhd edən ilk ştat olub.

Martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti  İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub. Bununla yanaşı, İranın adı siyahıdan çıxarılıb. Əvvəlcədən viza alan və ikili vətəndaşlığa malik olan şəxslərin isə ABŞ-a daxil olmasına icazə verilib.

ABŞ prezidenti Trump, hakimin  qərarına   reaksiya  verib. 

Tramp, Tennessee əyalətinin Nashville şəhərində təşkil edilən mitinqdə etdiyi   çıxışında    məhkəmə  qərarını,   ‘sərhəddi   aşan   gözlənilməz  qərar’  sözü   ilə    pisləyib  və    mövzunun  ABŞ  Ali Məhkəməsinə əks  etdiriləcəyini, qeyd  edib.



Әlaqәli Xәbәrlәr