ABŞ prezidenti bu dəfə qarşı tərəfi görüşə çağırır

Donald Trump 15 fevralda İsrail Baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə görüşmüşdü.

689228
ABŞ prezidenti bu dəfə qarşı tərəfi görüşə çağırır

  Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Fələstin dövlət başçısı Mahmud Abbası Ağ Evə dəvət edib.

  Ağ Evdən verilən məlumata görə, “Trampla Abbas telefonda danışıblar. İki lider Yaxın Şərq və İsrail-Fələstin münaqişəsinin sona çatdırılmasıyla bağlı məsələləri müzakirə ediblər. ABŞ prezidenti fələstinli həmkarını tezliklə Ağ Evə gəlməsi üçün dəvət edib. Tramp barışı qısa zamanda bərpa etmək və sülh müqaviləsi bağlanılması üçün səy göstərir. O, İsraillə Fələstin arasında uzlaşmanın yalnız bu iki dövlətə deyil, Yaxın Şərq coğrafiyasına da müsbət təsir edəcəyini bildirib.”

  Xatırladaq ki, Donald Trump 15 fevralda İsrail Baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə görüşmüşdü.  



Әlaqәli Xәbәrlәr