Nyu-Yorkda qadınlar qırmızı geyinib Trampa etiraz etdilər

ABŞ-ın Nyu-York şəhərində Beynəlxalq qadınlar Günü münasibətilə keçirilən prezident Donald Tramp əleyhinə “Qadınsız bir gün”  mövzulu etiraz nümayişində qadınlar saxlanılıb.

687874

8 Mart- Beynəlxalq Qadınlar Günü dünya miqyasında bayram ab-havasında keçirilərkən, ABŞ-ın müxtəlif şəhərlərində Tramp əleyhinə etiraz nümayişləri və boykotlar keçirilib.

Nyu-Yorkda ümumilikdə qırmızı geyinmiş minlərlə qadın işə getməyərək “Qadınsız bir gün” şüarı ilə Tramp əleyhinə nümayiş keçirib.

“Central park”ın cənub-qərbində  bir araya gələn nümayişçi qadınlardan bir hissəsi meydanda oturaraq yol hərəkətinə mane olub.

Polis nümayişdən sonra Nyu-York Ərəb-Amerika Dərnəyinin sədri müsəlman fəal Linda Sarsourun da aralarında olduğu 10-a yaxın qadını saxlayıb.

Nümayişə Sarsourdan başqa Trampın mühacir və müsəlman əleyhinə tətbiqlərini tənqid edən xeyli sayda müsəlman qadın da dəstək olub.

Әlaqәli Xәbәrlәr