Kolumbiyada 45 nәfәr estetik әmәliyyatların qurbanı olub
Kolumbiyada son iki ildə 45 nəfər estetik əməliyyatlardan sonra həyatını itirib.
687058
Kolumbiyada son iki ildə 45 nəfər estetik əməliyyatlardan sonra həyatını itirib.
Bu barәdә Kolumbiya Dövlәt Mәhkәmә Ekspertizası vә Elmlәr İnstitutundan verilәn mәlumatda bildirilib.
İnstitutun mәlumatına görә, 2015-ci ildә 11-i qadın olmaqla 13 nәfәr estetik әmәliyyatlar sәbәbindәn hәyatını itirib. Mәlumatda bu rәqәmin 2016-cı ildә 30 nәfәrә yüksәldiyi bildirilib.
Kolumbiya Dövlәt Mәhkәmә Ekspertizası vә Elmlәr İnstitutunun göstәricilәrinә әsasәn, hәyatını itirәnlәrin әksәriyyәtini qadınlar tәşkil edir.
Mәlumatda hәmçinin әn çox ölüm hallarına Valle del Cauca bölgәsindә rast gәlindiyi bildirilib.
Bu il eyni bölgәdә bir nәfәrin estetik әmәliyyat sәbәbindәn dünyasını dәyişdiyi qeyd olunub.