Google 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi loqo hazırladı
Google-un ana səhifəsində bu gün üçün hazırlanan xüsusi dizaynlı loqoda - "doodle"-da müxtəlif peşə sahələrində işləyən qadınlar uşaqlarla birlikdə görünür.

Google-un ana səhifəsində bu gün üçün hazırlanan xüsusi dizaynlı loqoda - "doodle"-da müxtəlif peşə sahələrində işləyən qadınlar uşaqlarla birlikdə görünür.
Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış Beynəlxalq Qadınlar Günü hər il martın 8-də qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmiş bayram kimi qeyd olunur.
Türkiyədə isə 8 Mart Beynəlxalq Qadınlar Günü ilk dəfə 1921-ci ildə "Əməkçi Qadınlar Günü" kimi qeyd olunmağa başladı.
"Doodle" tətbiqinin məqsədi isə, dünya ölkələri üçün əhəmiyyətli gün və tətillərə, mədəni hadisələrə və tarixdə yer alan mühüm şəxslərə bu platformada yer verərək diqqət çəkməkdir.
İnternet istifadəçiləri xüsusi dizaynlı loqonun üstünə basaraq o gün, insan və mövzu ilə əlaqədar daha ətraflı məlumatlar ala bilirlər.
Әlaqәli Xәbәrlәr

Fransanın Səhradakı əməlləri toz buludu ilə üstünə gəlir
Toz buludu bir çox Fransa şəhərini sarıya boyayıb və radyoaktif qalıqları da özü ilə yayıb