Misirin sabiq prezidenti Hüsnü Mübarək barəsində bəraət hökmü

Etirazçıların öldürülməsi ilə bağlı bütün ittihamlar götürülüb.

683625
Misirin sabiq prezidenti Hüsnü Mübarək barəsində bəraət hökmü

Misirin  Kasasiya Məhkəməsi ölkənin sabiq prezidenti Mübarək barəsində bəraət hökmü çıxarıb.

Bununla əlaqəli məlumatı Dövlət Televiziyası yayıb. Bildirilib ki, bu son qərardır və şikayət oluna bilməz. 

Ölkənin ali məhkəmə qurumu keçmiş dövlət başçısının üzərindən 2011-ci il yanvar inqilabı günlərində etirazçıların öldürülməsi ilə bağlı bütün ittihamları götürüb. 

Qeyd edək ki, H. Mübarək 2011-ci ildə paytaxt Qahirədəki etiraz nümayişləri zamanı 800-dən çox insanın ölümü ilə günahlandırılırdı. O, 2012-ci ildə Qahirə Cinayət Məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmişdi, ancaq daha sonra Mübarək haqqındakı qərar pozularaq, onun yenidən məhkəməyə çıxarılmasına qərar verilmişdi.



Әlaqәli Xәbәrlәr