İranın paytaxtı dəyişəcəkmi?

İran parlamentinin 73 millət vəkili paytaxtın Tehrandan başqa bir şəhərə köçürülməsini nəzərdə tutan plana dəstək verməsi üçün ölkənin dini lideri Ayətullah Əli Xamaneiyə məktub yazdı.

683441
İranın paytaxtı dəyişəcəkmi?

İran parlamentinin 73 millət vəkili paytaxtın Tehrandan başqa bir şəhərə köçürülməsini nəzərdə tutan plana dəstək verməsi üçün ölkənin dini lideri Ayətullah Əli Xamaneiyə məktub yazdı.
 
 İran Məclisinin Xəbər Agentliyinə müshibə verən millət vəkili Əbülfəzi Əbuturabi Tehranın izdihamlı əhalisi, hava kirliliyi, nəqliyyat sıxlığı və zəlzələ riski kimi səbəblər nəzərə alınaraq hazırlanan və 2013-cü ilin dekabrında Məclisdə təsdiq olunan layihənin həyata keçirilməsini istədiklərini söylədi.
 
 Tehranda yanvar ayında 26 insanın ölümünə səbəb olan Plasko İş Mərkəzindəki yanğını xatırladan Əbuturabi:"Bu hadisə həyəcan təbili oldu.  Ayətullah Xamaneiyə xitabən yazılan məktubda liderdən paytaxtın köçürülməsi ilə bağlı səlahiyyətli şəxsləri istiqamətləndirməsi rica edilir" dedi.
 
 Bundan əvvəlki məclis dövründə də paytaxtın köçürülməsi haqqında layihənin qəbul edildiyini xatırladan Əbuturabi: "Buna baxmayaraq, prezident Həsən Ruhani bu ana qədər bu layihənin həyata keçirilməsinə lazımi əhəmiyyət verməyib" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr