Macarıstan qaçqınları geri qəbul etməyəcək

Bunu Macarıstan naziri Yanoş Lazar qaçqın böhranı ilə əlaqədar verdiyi bəyanatda bildirdi.

681986
Macarıstan qaçqınları geri qəbul etməyəcək

Macarıstan naziri Yanoş Lazar Qərbi Avropa ölkələrinin Macarıstana geri göndərmək istədiyi 30 min qaçqını qəbul etməyəcəyini bildirdi.
 
 Lazar iştirak etdiyi forumda qaçqın böhranı ilə bağlı verdiyi bəyanatda xüsusilə, bahar və yay aylarında mühacir təzyiqinin arta biləcəyi barədə xəbərdarlıq etdi.
 
 Macarıstan üzərindən Qərbi Avropaya keçən qaçqınların ölkəyə geri göndərilmək niyyətinə diqqəti çəkən Lazar:"İsveç və Almaniya başda olmaqla, Qərbi Avropa ölkələri 2015-ci ildə gələn təxminən 30 min qaçqını Macarıstana geri göndərmək istəyirlər. Bu, gələcək aylarda ciddi mübahisələrə səbəb olacaq. Bu insanlar Avropa İttifaqına ilk dəfə Macarıstan üzərindən deyil, Yunanıstandan daxil olublar. Bu səbəbdən macar hökuməti bu insanları qəbul etməmək üçün hər addımı atacaq" deyə danışdı.
 
 Nazir Lazar macar hökumətinin Macarıstan-Serbiya sərhədində yeni tikanlı məftil  çəkmək barəsində qərar qəbul etdiyini də söylədi.



Әlaqәli Xәbәrlәr