Uilbur  Ross ABŞ  ticarət  naziri oldu

ABŞ Senatı  Uilbur Rossun Ticarət  nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib

681266
Uilbur  Ross ABŞ  ticarət  naziri oldu

Məlumata  görə  Prezident  Donald  Trumpun  namizəd  göstərdiyi 79 yaşlı milyarderin namizədliyinin lehinə 72, əleyhinə isə 27 senator səs verib.

“Forbes” jurnalının məlumatına görə,  Prezident  Trumpın  25   illik  dostu  olan  iş  adamı  U.Rossun şəxsi sərvəti 2,5 milyard dollar təşkil edir.

Kabinetin  digər   üzvlərinə  müqayisədi  daha az müxalifət ilə   qarşılaşan   Ross, Kıbrıs  Rum  İcması  bankındakı vəzifəsi səbəbiylə tənqidlərə məruz qalıb.  Uilbur Ross namizədliyinin təsdiqlənəcəyi təqdirdə sərmayə biznesindəki payını satacağını bildirib.

 

 

 



Әlaqәli Xәbәrlәr