“Türk axını”nın dəniz hissəsinin inşasına başlanır”

“Qazprom” şirkəti “Türk axını”nın dəniz hissəsinin inşasına yaxın aylarda başlamağı planlaşdırır.

681529
“Türk axını”nın dəniz hissəsinin inşasına başlanır”

 “Qazprom” şirkətinin idarə heyətinin üzvü Oleq Aksyutin  mövzu  ilə  əlaqəli   verdiyi  açıqlamada: “Hazırda Rusiya ərazisində qaz nəqliyyat sisteminin genişləndirilməsi üzrə işlərin əsas hissəsi başa çatıb. Yaxın aylarda, ən uzağı cari ilin ikinci yarısında “Türk axını”nın dəniz hissəsinin inşasına başlanılacaq”.

Qeyd edək ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur.  Müqaviləyə əsasən kəmərin tikintisinin 2019-cu ilin sonunadək yekunlaşacağı nəzərdə tutulub. Layihənin ümumi dəyəri 11,4 mlyard avrodur.

 

 



Әlaqәli Xәbәrlәr