Almaniya Xarici Kəşfiyyat Təşkilatı media orqanlarının telefonlarını dinləyir

Almaniya Xarici Kəşfiyyat Təşkilatının müxtəlif ölkələrdəki xarici media orqanlarında işləyən jurnalistləri dinlədiyiı bildirilir.

679949
Almaniya Xarici Kəşfiyyat Təşkilatı media orqanlarının telefonlarını dinləyir

 "Der Spiegel" jurnalında verilən xəbərə görə, Almaniya Xarici Kəşfiyyat Təşkilatı (BND) 1999-ci ildən etibarən dünya  miqyasında jurnalistlərə və media qurumlarının bürolarına aid ən az 50 telefon və faks nömrəsini və ya elektron poçt ünvanını təqib edib.
 
 BND-nin dinləmə hədəfləri arasında BBC-nin Əfqanıstan və Londonda yerləşən bürolarının da olduğu bildirilən xəbərdə, eyni zamanda, BBC World kanalının da  izləndiyi qeyd olunur.
 
 Xəbərdə dinləmə siyahısında "New York Times" ın Əfqanıstandakı xətti ilə "Reuters" agentliyinin Əfqanıstan, Pakistan və Nigeriyadakı mobil və peyk telefon bağlantılarının da yer aldığı deyilir.
 
 Alman Jurnalistlər Birliyinin (DJV) sədri Frank Überal Alman hökumətindən sözügedən iddiaların işıqlandırılmasını tələb edərək: "İddialar təsdiqlənərsə, bu, mətbuat azadlığına böyük bir müdaxilədir" dedi.



Әlaqәli Xәbәrlәr