Kim Jong-Namın qətlində “VX Nerve Agent” adlı maddə istifadə edilib

Şimali Koreya Dövlət Başçısı Kim Jong-unun ögey qardaşı Kim Jong-Namın ölümünə səbəb olan zəhərli maddə müəyyənləşdirilib.

679187
Kim Jong-Namın qətlində “VX Nerve Agent” adlı maddə istifadə edilib

Malayziya polis idarəsinin baş direktörü Xalid Əbubəkirin məlumatına görə Kim Jong-Namın qətlində istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən “VX Nerve Agent” adlı maddə olub. Əbubəkirin sözlərinə görə istifadə edilən maddə 1997 və 2005-ci illərdə qəbul edilən kimyəvi silah müqavilələrində kimyəvi silah olaraq xarekterizə edilib.

Qeyd edək ki, Şimali Koreya Dövlət Başçısı Kim Jong-unun ögey qardaşı 13 Fevralda Kuala Lumpurdakı beynəlxalq hava limanında məruz qaldığı hücumdan sonra həyatını itirmişdi.

Hadisədən sonra İndoneziya, Vyetnam, Malaziya və Şimali Koreya vətəndaşı 4 nəfər tutumuşdu. Malayziya polis idarəsi cinayəti  planlaşdırdıqlarını irəli sürdüyü 4 adamın Jakarta-Dubay-Vladivostok üzərindən Pyonqyanqa keçdiklərini və İnterpol tərəfindən axtarıldıqlarını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr