İngiltərədə bir il ərzində hava kirliliyi səbəbindən təxminən 40 min insan öldü

Avropa Şurası İngiltərəni hava kirliliyinin qarşısını almağa çağırdı.

678747
İngiltərədə bir il ərzində hava kirliliyi səbəbindən təxminən 40 min insan öldü

Avropa Şurası hava kirliliyi səbəbindən İngiltərədə bir il ərzində təxminən 40 min insanın öldüyünü açıqladı.
 
 Avropa Şurası İngiltərəni hava kirliliyinin qarşısını almağa çağırdı. 
 
Belə ki, havadakı azot dioksidin qorxunc səviyyəsi ürək və ağciyər xəstəlikləri olan insanların ölümünə səbəb oldur.
 
 Avropa İttifaqının hava kirliliyi ilə bağlı müəyyən olunan həddi aşan inkişaf etmiş beş ölkəsinə - Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniyaya tədbir görmək üçün iki ay vaxt verilib.
 
 Qeyd edək ki, 1952-ci ildə İngiltərənin paytaxtı Londonda  hava kirliliyi səbəbindən 4 gündə təxminən 12 min insan  həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr