İngiltərədə Donald Trumpa qarşı etiraz aksiyaları

Böyük Britaniyada hökumətin Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpı ölkəyə dəvət etməsi etirazlarla qarşılandı.

676698
İngiltərədə Donald Trumpa qarşı etiraz aksiyaları

Böyük Britaniyada hökumətin Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpı ölkəyə dəvət etməsi etirazlarla qarşılandı.
 
 Bir sıra qeyri-hökumət təşkilatı Londondakı Parlament Meydanında etiraz aksiyası keçirdi.
 
 Aksiyada ABŞ prezidenti Trumpın əksəriyyəti müsəlman olan 7 ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan etməsi və Meksika sərhədinə divar inşası ilə bağlı sərəncamlarına etiraz edildi.
 
 Etirazçılar "Trumpı burada istəmirik!" və "Trumpa xeyr!" şüarları səsləndirdilər.
 
 Nümayişçilər  İngiltərə baş naziri Theresa Mayın Trumpın siyasətinə birmənalı reaksiya verməsini tələb etdilər.
 
 Nümayişçilərə  İcmalar Palatası və Lordlar Palatasının bəzi üzvləri, İngiltərədə incəsənət və idman dünyasının tanınmış simaları da iştirak edərək dəstək verdilər.
 
 Digər tərəfdən, səfərin ləğvi tələbilə başlamış imza toplama kampaniyasını təxminən 2 milyon nəfər imzalayandan sonra mövzu İngilis parlamentində müzakirə edildi.
 
Lakin parlamentdən Trumpın səfərinin qarşısını alacaq bir qərarın çıxması gözlənilmir.



Әlaqәli Xәbәrlәr