Qırmızı telefon 243 min dollara satıldı

Neonasist lideri Adolf Hitlerin telefonu, hərracda 243 min dollara satılıb.

675896
Qırmızı telefon 243 min dollara satıldı

Hitlerin qırmızı telefonu, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Maryland əyalətinə bağlı Chesapeake Citydəki Alexander tarixi Hərrac Evində adının açıqlanmasını istəməyən biri tərəfindən 243 min dollara satın alınıb.

Arxasında Hitlerin adı və Neonasist partiyasının simvolu həkk edilmiş telefon 1945-ci ildə Hitlerin özünə qəsd etdikdən sonra gizləndiyi yerdə Sovet əsgərləri tərəfindən tapılmışdı.

Qeyd edək ki, Alexander tarixi Hərrac Evi rəsmiləri, Hitlerin ölüm fərmanları vermək üçün istifadə etdiyi telefonu "kütləvi qırğın silah" olaraq xarakterizə ediblər.

Hərracda Hitlerə aid çini bir it fiquru isə 24 min 300 dollara satılıb.



Әlaqәli Xәbәrlәr