Sabah Münhen Təhlükəsizlik Konfransı başlayır

Konfransda dünyanın təhlükəsizlik məsələləri müzakirə olunacaq.

674330
Sabah Münhen Təhlükəsizlik Konfransı başlayır

1963-ci ildən etibarən hər il keçirilən Münhen Təhlükəsizlik Konfransında 60-a yaxın ölkədən 500-ə yaxın nümayəndə iştirak edəcək.
 

 Türkiyəni konfransda baş nazir Binəli Yıldırım təmsil edəcək. Konfransa Türkiyənin baş naziri ilə birlikdə xarici işlər naziri Mövlud Çavuşoğlu,  milli müdafiə maziri Fikri İşıq və diğər rəsmi şəxslər qatılacaqlar.
 
 Binalı Yılıdırımın konfrans çərçivəsində Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mike Pence və Almaniya kansleri Angela Merkel ilə görüşü nəzərdə tutulur.
 
 Konfransda beynəlxalq təhlükəsizlik və müdafiə siyasəti ilə yanaşı terrorla mübarizə, Suriyadakı son vəziyyət, qaçqın problemi, Avro-Atlantik münasibətlər, Rusiya ilə əlaqələr və Ukrayna böhranı, NATO və kiber təhlükəsizlik kimi aktual məsələlər müzakirə olunacaq.
 
 Konfransla əlaqədar Münhendə güclü təhlükəsizlik tədbirləri görülüb.
 
 Təhlükəsizlik tədbirlərinə 4 min polis cəlb olunub.

Konfrans ərzində otelin ətrafı nəqliyyata, hava sahəsi də təyyarələrə qapalı olacaq.



Әlaqәli Xәbәrlәr