ABŞ: “İki dövlətli həll yolunu dəstəkləyirik”

ABŞ-nın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Nikki Haley, İsrail-Fələstin münaqişəsində iki dövlətli həll yolunu dəstəklədiklərini bildirib.

674271
ABŞ: “İki dövlətli həll yolunu dəstəkləyirik”

İsrail və Fələstin arasında edilməsi nəzərdə tutulan birbaşa danışıqlar və tərəflər arasındakı probleminin həlli yolunda atılan addımlara güçlü dəstək verdiklərini ifadə edən Haley: “İki dövlətli həlli qətiliklə dəstəkləyirik. Ancaq tərəflərin qarşılıqlı mənimsəyə biləcəkləri yeni alternativlərədə hörmətlə yanaşarıq” deyib.

ABŞ prezidenti Donald Trump, ötən gün İsrail Baş naziri Benjamin Netanyahu ilə Vaşinqtonda təşkil etdiyi mətbuat konfransında: “İki dövlət ya da tək dövlət. Mən hər iki tərəfin istədiyi həll yolunu müsbət qarşılaram. Hər iki tərəf nə istəsə mən qəbul edə bilərəm. Bir müddət iki dövlətli həllin daha asan variant olduğunu düşündüm. Netanyahu, İsrail və Fələstinlilər bu həll yolunu qəbul etsələr mən də qəbul edərəm” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr