Fransanın paytaxtı Parisdə aksiyaçılar küçələrə axışıblar

2 Fevralda bir gəncin polisin zorakılığına məruz qalmasından etiraz məqsədiylə aksiya keçirilib

673412
Fransanın paytaxtı Parisdə aksiyaçılar küçələrə axışıblar

 Parisdə təşkil edilən nümayiş zamanı aksiyaçılar ilə polis arasında qarşıdurma baş verib.

Parisin Barbes bölgəsində axşam saatlarında bir yerdə toplaşan aksiyaçılar, "Hər kəs polisə nifrət edir", "Təcavüzçü, qatil polis", "Şəhərətrafı ilə həmrəylik, üsyan ilə həmrəylik", "Ədalət yox, sülh yoxdur" deyə şüarlar səsləndiriblər.

Nümayişçilər, polisin gözyaşardıcı qaz ilə müdaxiləsinə, daş ataraq cavab veriblər. Təxminən iki saat davam edən nümayişdən sonra polisin təzyiqinə dözə bilməyən aksiyaçılar ətrafdakı küçələrə qaçıblar.

Nümayiş səbəbindən bölgədəki metro stansiyası və bəzi dükanlar aksiyaçıların hücumu ehtimalına görə bağlanıb.



Әlaqәli Xәbәrlәr