BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını qınayıb

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib.

671611
BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını qınayıb

Bu barədə BMT TŞ-nın bəyanatında bildirilir.

Qeyd olunub ki, Şimali Koreyanın yürütdüyü siyasət beynəlxalq təhlükəsizliyə təhdid yaradır.

“Rəsmi Pxenyan yeni raket sınağı keçirməklə BMT Təhlükəsizlik Şurasının  qətnamələrini  pozub. BMT  Təhlükəsizlik Şurası raketlərin buraxılmasından sonra Koreya yarımadasındakı vəziyyəti izləyərək zəruri addımlar atacaq”, sənəddə vurğulanıb.

Qeyd edәk ki,  Şimali Koreyanın rəsmi xəbər agentliyi bazar günü  balistik raket sınağının uğurla həyata keçirildiyini bildirmişdi.

BMT Təhlükəsizlik Şurası  2006-ci ildən etibarәn  Şimali Koreyaya qarşı  sanksiyalar tətbiq edir.

 

 



Әlaqәli Xәbәrlәr