Bu ölkədə vətəndaşlığa qəbul əsasları artıq daha asandır

İsveçrə vətəndaş olma əsaslarını yumşaldan qanunu referenduma təqdim edərək qüvvəyə mindirdi.

670863
Bu ölkədə vətəndaşlığa qəbul əsasları artıq daha asandır

İsveçrə vətəndaş olma əsaslarını yumşaldan qanunu referenduma təqdim edərək qüvvəyə mindirdi.

Referendumda 60 faizdən artıq müsbət səs götürən qanun 3-cü nəsil mühicərlər üçün asanlaşdırılmış vətəndaşlıq prosesinə imkan yaradacaq.

Qanun ailələri illərdir İsveçrədə yaşayan xeyli sayda Türk mənşəlini də maraqlandırır.

Qanuna əsasən 25 min nəfərin İsveçrə vətəndaşlığına keçməsi önəmli səviyyədə asanlaşacaq.

Qanun İsveçrədə doğulan və ən az 5 il məktəbə gedən, baba və nənəsinin İsveçrədə iqamətgahı olan, ana-atası ən az 10 il İsveçrədə yaşamış 25 yaşından kiçik mühacirləri əhatə edir.

Referendumda ifrat sağçı partiyaların asanlaşdırılmış vətəndaşlıq hüququna “xeyr” üçün xeyli cəhd göstərdikləri, sol yönümlü partiyaların isə mühacirlərin bu hüququ əldə etmələri üçün fəal səy göstərdikləri bildirilib.

Bəzi ölkələrin əksinə İsveçrədə doğulmuş olmaq “avtomat vətəndaşlıq” mənası daşıyır.

Ölkədə yaşayan xaricilərin vətəndaşlıq üçün 12 il gözləməsi vacibdir.

Vətəndaşlıq üçün həmçinin maddi mənada əziyyətli “görüşlər və testlər” prosesi qüvvədədir.



Әlaqәli Xәbәrlәr