Məhkəmə Trampın müraciətini rədd etdi

Tramp qərara özünün “twitter” səhifəsində reaksiya göstərib.

669415
Məhkəmə Trampın müraciətini rədd etdi

ABŞ-da Federal Apelyasiya Məhkəməsi prezident Donald Tramp rəhbərliyinin müsəlman 7 ölkənin vətəndaşlarına qoyulan viza qadağası ilə bağlı müraciətini rədd edib.

Məhkəmə Trampın əhalinin böyük hissəsi müsəlman olan 7 ölkə vətəndaşlarına girişi qadağa edən fərmanı ləğv edən yerli məhkəmənin qərarının haqlı olduğunu açıqlayıb.

Beləliklə məhkəmə 7 ölkə vətəndaşlarının “viza belə olsa” ABŞ-na girməməsini və 90 gün müddətində viza vərilməməsini əhatə edən fərmanın tətbiq edilməməsi qərarını verib.

Yekdilliklə qəbul edilən qərarda ABŞ rəhbərliyinin həmin ölkə vətəndaşlarına təcili olaraq giriş qadağası tətbiq edilməsinin səbəbinə dair heç bir dəlil təqdim etmədiyi vurğulanıb.

Donald Tramp qərara özünün “twitter” səhifəsində reaksiya göstərərək bildirib ki, Ali məhkəmədə görüşərik, millətimizin əmin-amanlığı təhlükədədir.

Tramp bununla da qərarı Ali Məhkəməyə aparacağının siqnalını verib.  

Digər tərəfdən Vaşinqton ştatının baş prokuroru Robert Ferguson Trampdan müraciət edərək, müsəlman 7 ölkə vətəndaşlarına ölkəyə girişlərinə qadağa qoyulmasına dair fərmanı geri çəkməsini istəyib.

O bildirib ki, prezident ölkə miqyasında xoasa səbəb olan tələsik yazılmış bu təhlükəli fərmanı təcili ləğv etməlidir. Əgər bunu qəbul etməsə onu qanunlar qarşısında məsuliyyətli görməkdə davam edəcəyəm.

“Prezident daxil olmaqla heç kəs hüquqdan üstün deyildir” deyə Ferguson vurğulayıb.



Әlaqәli Xәbәrlәr