Avropa İttifaqı yox ola bilər

Bu fikri Avropa üçün Liberal və Demokrat İttifaqnın (ALDE) sədri Guy Verhofstadt BBC-yə verdiyi müsahibədə səsləndirdi.

669109
Avropa İttifaqı yox ola bilər

Avropa Parlamentinin Brexit (Böyük Britaniyanın Avropa İttifaqından ayrılması) üzrə məruzəçisi Guy Verhofstadt Avropa İttifaqının islahatlar etməməsi halında "yox olma" təhlükəsi ilə qarşı-qarşıya qalacağını dedi.
 
 Avropa üçün Liberal və Demokrat İttifaqnın (ALDE) sədri Verhofstadt BBC-yə verdiyi müsahibədə İttifaqın müxtəlif mənbələrdən gələn təzyiqlər altında olduğunu bildirdi.
 
İttifaq üçün problemin böyüklüyünə diqqət çəkən Verhofstadt: "ABŞ prezidenti Donald Trump hesab edir ki, Aİ parçalanacaq. Eyni zamanda, Aİ-ni parçalamaq istəyən Rusiya prezidenti Vladimir Putin də var" dedi.
 
 Avropanın eyni zamanda terrorizm, Aİ daxilindəki millətçilər və İngiltərənin Aİ-dən çıxması (Brexit) ilə də üz-üzə qaldığını bildirən Verhofstadt: "Beləliklə,mövcud vəziyyət Aİ üçün həyat məsələsidir. İslahatlar aparmağın vaxtı gəldi. Əks təqdirdə Aİ yox ola bilər" deyə danışdı.
 
 Aİ Şurasının sədri Donald Tusk da ötən həftə İttifaqdan ayrılma qərarı alan İngiltərə istisna olmaqla, üzv ölkələrin dövlət və hökumət başçılarına göndərdiyi məktubda Aİ üçün sadaladığı  xarici təhdidlər arasında Trumpın da adını çəkmişdi.



Әlaqәli Xәbәrlәr