“Tramp səhvə yol verir”, H.Ruhani

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın P5+1 ölkələri ilə 2015-ci ildə imzalanan nüvə razılaşma barədə yanıldığını söyləyib.

667189
“Tramp səhvə yol verir”, H.Ruhani

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın P5+1 ölkələri ilə 2015-ci ildə imzalanan nüvə razılaşma barədə yanıldığını söyləyib.

Ruhani dövlət telekanalında canlı yayımlanan müraciətində deyib ki, Trampın düşündüyünün əksinə İran ilə imzalanan nüvə razılaşma iki tərəfin də xeyrinə, “qazan-qazan”  olan bir razılaşmadır. Razılaşmanın bölgədəki gərginliyi azaltmaq üçün vasitə kimi istifadə edilə bilər.

İran prezidenti onu da vurğulmayıb ki, yeni ABŞ prezidenti nüvə razılaşmanın mətnini oxuyur, ancaq qəbul etmir. O bunun tarixdəki ən pis razılaşma olduğunu söyləyir. Bu “qazan-qazan” xüsusiyyəti olan razılaşmadır. Nüvə müzakirələr bölgəyə təhlükəsizliyi və sabitliyi gətirmə məqsədli digər müzakirələrə nümunə təşkil edə bilər.

İranın dini lideri Ayətullah Əli Xamneyi də Trampın ABŞ-ın gərçək üzünü göstərdiyini söyləyib.

Xamneyinin internet səhifəsində yer tutan açıqlamaya əsasən, İranın dini lideri paytaxt Tehranda ordu komandirləri ilə bir araya gəldiyi zaman etdiyi çıxışda deyib ki, Tramp İranın ABŞ rəhbərliyindəki pozulma haqqında 30 ildən artıq müddətdir söylədiklərini sübuta yətirir. Heç bir düşmən İran millətini iflic edə bilməz.

Xamneyi Trampa eyhamla deyib ki, O “Məndən qorxmalısınız” deyir. Xeyr. İran xalqı onun sözlərinə fevralın 10-da (İran İnqilabının ildönümü) cavab verəcək və bu təhditlərə qarşı mövqeyini göstərəcək.

Qeyd edək ki, 2015-ci ildəki razılaşma ilə İranın nüvə proqramının məhdud edilməsi müqabilində bu ölkəyə tətbiq edilən sanksiyalara mərhələli olaraq son qoyulması qərara alınmışdı.

Rusiya, Çin və Avropa ölkələri razılaşmanın mövcud şərtlərinin qorunmasını istədikdə, İsrailin baş naziri Benyamin Netanyahu və Tramp razılaşmaya İrana istiqamətli daha sərt tədbirlərin daxil edilməsini irəli sürür.

İki liderin fevralın 15-də keçirəcəyi ikitərəfli görüşdə də məsələni müzakirə edəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr