Efiopiya prezidenti Mulatu Teshome Wirtu, Ankarada rəsmi səfərdədir

Qonaq dövlət başçısı Ankaraya səfəri çərçivəsində ilk olaraq Türkiyə Böyük Millət Məclisini (TBMM) ziyarət edib. TBMM sədr əvəzi Əhməd Aydın ilə görüşüb.

667163
Efiopiya prezidenti Mulatu Teshome Wirtu, Ankarada rəsmi səfərdədir

Aydın, görüş zamanı, Türkiyənin Afrikadakı ən əhəmiyyətli ortaqlarından Efiopiya ilə əlaqələrin hər sahədə irəli pillələrə qaldırılmasına üstünlük verdiyini, 1896-cı ildən, yəni Osmanlı imperatoru 2-ci Abdulhəmid dövründən bəri iki ölkə arasında güçlü dialoq olduğunu və Türkiyənin qitədəki ilk səfirliyinin Efiopiyanın paytaxtı Əddis-Ababada açıldığını, hər sahədə əməkdaşlıq ilə yanaşı, parlamentlərarası əməkdaşlığa də ciddi yanaşdıqlarını, iki ölkə arasında əlaqələri ali seviyyəyə qaldırmaq üçün qarşılıqlı səfərləri artırmağı planladıqlarını vurğulayıb.

Prezident Wirtu və onu müşayiət edən nümayəndə heyəti görüşdən sonra Məclisin, Fətulahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY)-nin 15 iyul çevriliş cəhdi zamanı bombalanan binalarını ziyarət edib. O qaranlıq gecə yaşananlar haqda məlumat alıb.



Әlaqәli Xәbәrlәr