Beynəlxalq Əfv Təşkilatı Suriyadakı həbsxanalarda 13 min nәfәrin edam edildiyini açıqladı

Beynəlxalq Əfv Təşkilatı  Suriyadakı həbsxanalarda müxaliflәrә dəstək verməkdə günahlandırılan 13 min nәfәrin  edam edildiyini açıqlayıb.

666916
Beynəlxalq Əfv Təşkilatı  Suriyadakı həbsxanalarda 13 min nәfәrin  edam edildiyini açıqladı

Beynəlxalq Əfv Təşkilatının hesabatında  2011-ci ilin sentyabr ayından  2015-ci ilin noyabr ayınadәk Saydnaya hәbsxanasında  hәr hәftә kütlәvi edamların hәyata keçirildiyi iddia edilib.

Təşkilat edamların  Suriya hökuməti  tərəfindən tәsdiqlәndiyini bildirsə də Suriya rejimi bu iddiaları tәkzib edirdi.

Әvf Tәşkişlatının  keçmiş hәrbi hakim vә  mühafizәçilәrә istinadәn yayımladığı hesabatda  edamlardan  əvvəl məhbusların Qaboun  bölgəsində barәlәrindә qaldırılan  iddialarla bağlı  qurulan  vә bir neçә dәqiqә davam edәn hərbi məhkəmə qarşısına çıxarıldıqları bildirilib.

Hesabatda  mәhbusların  cinayәti törәdib -törәtmәdiyi ilә bağlı verilәn suala ‘‘bәli’’  vә ya ‘‘xeyir’’  cavabı versәlәr dә  hәbs edildiklәri bildirilir.

Qeyd edәk ki, Әvf Tәşkilatı baş verənlərin hәrbi cinayət hesab edilәcәyini qeyd edib.



Әlaqәli Xәbәrlәr