Trampın ölkəsi haqqında insanı şoka salan dəyərləndirməsi

Müsahibəni götürən jurnalistin “Putin bir qatil” sözlərinə Tramp “ABŞ günahsızmı” cavabını verib.

666308
Trampın ölkəsi haqqında insanı şoka salan dəyərləndirməsi

ABŞ prezidenti Donlad Trampın  “Fox News” telekanalına müsahibəsində ölkəsi haqqında insanı şoka salan dəyərləndirməni dilə gətirib.

Müsahibəni götürən jurnalistin “Putin bir qatil” sözlərinə Tramp “ABŞ günahsızmı” cavabını verib.

Tramp “Fox News” telekanalına müsahibəsində Bill Oraylının suallarına cavab verib.

Tramp Oraylının “Rusiya Federasiyası prezidenti Vladimir Putinə hörmət edirsinizmi” sualına cavabən deyib ki, bir çox insana hörmətim var. Amma bu onunla birlikdə hərəkət edəcəyim mənasını daşımır. O ölkəsinin lideri. Rusiya ilə birgə hərəkət etməyin, etməməkdən daha yaxşı olduğunu düşünürəm.

Oraylının “Amma o bir qatil” sözlərilə verdiyi reaksiyasına isə Tramp “Qatillərin sayı çoxdur. Bizim də səhvlərimiz var, bizim çoxlu sayda qatilimiz var. Nə düşünürsüz? Ölkəmizin günahsız olduğunumu?” tərzində cavab verib.

Bu arada jurnalist Oraylının “Putin bir qatil” sözlərinə Rusiya cavab verib.

Kremlinin açıqlamasında bildirilib ki, Oraylının “Putin bir qatil” sözləri qəbul edilməzdir. “Fox News” telekanalı bu sözlərə görə üzr istəməlidir.

Kremlinin sözçüsü Dmitri Peskov deyib ki, Oraylının sözləri qəbul edilməzdir və qürur incidicidir.



Әlaqәli Xәbәrlәr