Netanyahu Tramp ilə görüşmək istəyir

Netanyahu Tramp ilə görüş keçirmək üçün İsrailin ABŞ-dakı səfirinin vasitəçi olmasını istəyəcəyini bildirib.

665725
Netanyahu Tramp ilə görüşmək istəyir

İsrailin Baş naziri Benyamin Netanyahu başda Şərqi Qüds olmaqla Fələstin torpaqlarında inşa edilən qeyri-qanuni yaşayış məskənləri ilə əlaqəli olaraq ABŞ prezidenti Donald Tramp ilə görüş keçirməyə cəhd göstərəcəyini söyləyib.

İsrailin dövlət radiosunun xəbərinə görə, İsrail parlamentindəki qrup yığıncağında çıxış edən Netanyahu həmin mövzuda koordinasiyalı addım atmaq məqsədi ilə Trampla görüş keçirmək üçün İsrailin ABŞ-dakı səfirinin vasitəçi olmasını istəyəcəyini bildirib.

İsrail Trampın yanvarın 20-də vəzifəni təhvil almasından bəridir İordan Çayının Qərb Sahili və Şərqi Qüdsdə 6 minə yaxın yəhudi məskəni tikəcəyinə dair qərar qəbul etmişdi.

İsrailin işğalı altındakı Fələstin torpaqlarında qeyri-qanuni bütün məskunlaşma fəaliyyətlərini “dərhal və tamamilə” dayandırmasını əhatə edən qərar dekabrın 23-də 14 səslə BMT Təhlükəsizlik Şurasında qəbul ədilmişdi.

Qeyd edək ki, Şərqi Qüds və İordan Çayının Qərb Sahili 1967-ci ildən bəridir İsrailin işğalı altındadır.

Şərqi Qüdsdə 200 min, İordan Çayının Qərb Sahilində isə 400 mindən artıq yəhudi məskəni var.

Beynəlxalq hüquqa əsasən, bu bölgələrdəki bütün yaşayış məskənləri qeyri-qanuni qəbul edilir.



Әlaqәli Xәbәrlәr