‘‘NATO Kosovo ilә Serbiya arasındakı dialoq prosesini dәstәklәyir’’

Bunu NATO-nun baş katibi  Jens Stoltenberq  deyib.

665415
‘‘NATO Kosovo ilә Serbiya arasındakı dialoq prosesini dәstәklәyir’’

Bunu NATO-nun baş katibi  Jens Stoltenberq  deyib.

NATO-nun baş katibi  Jens Stoltenberq  Kosovo ilə Serbiya arasındakı dialoq prosesini dəstəklədiklərini bildirib.

Kosovoya  səfər edən Stoltenberq  paytaxt Priştinedə baş nazir İsə Mustafa ilə görüşüb.

Görüşdən sonra keçirilәn  birgə mətbuat konfransında çıxış edәn Stoltenberq NATO-nun  Kosovo ilə Serbiya arasındakı dialoq prosesini dəstəklədiyini vә bunun Priştine ilə Belqrad arasında münasibətlərin normallaşması üçün yeganə yol olduğunu deyib.

NATO-nun Kosovodakı mövcudluğunun  davam edəcəyini bildirən Stoltenberq hazırda ölkədə təxminən 4 min 500 NATO əsgərinin  olduğunu xatırladıb.

Kosovo baş naziri İsә Mustafa isә öz növbәsindә  NATO-nun rolunun әhәmiyyәtli  olduğunu və NATO-ya üzv olmağı arzu etdiklərini deyib.

Problemlərin həllində hökumət olaraq dialoqa əhəmiyyət verdiklərini qeyd edәn İsә  Mustafa, gelecek üçün yeganə alternativin dialoq olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr