Donald Tramp Pyotr Poroşenko vә Paolo Gentiloni ilә telefon әlaqәsi saxlayıb

ABŞ prezidenti  Donald Tramp   Ukrayna prezidenti  Pyotr Poroşenko və İtaliya baş naziri  Paolo Gentiloni ilə telefon  әlaqәsi saxlayıb.

665536

Tramp-Poroşenko görüşündə iki lider Donbasdakı proseslәr ilә Ukrayna ilə ABŞ-ın strateji tərəfdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblәr.

Kiyevdən verilәn  açıqlamada Poroşenkonun  Ağ Evə  Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi üçün təşəkkür etdiyi qeyd edilib.

Ağ Evdən verilәn  açıqlamada isə  Amerika Birləşmiş Ştatlarının sərhədlərdə sülhün təmin olunması üçün Ukrayna, Rusiya və digər ölkələrlə birlikdə çalışacağı vurğulanıb.

Donald Trump- Paolo Gentiloni  görüşündә isә  Liviyadakı proseslәr, miqrasiya böhranı  vә may ayında İtaliyada  keçirilәcәk G-7 Sammiti  mәsәlәlәri müzakirә olunub.

Ağ Evdәn verilәn açıqlamada iki liderin  DEAŞ  vә digәr terror  tәşkilatları ilә mübarizәdә әmәkdaşlığı davam etdirmәk mәsәlәsindә razılıq әldә etdiklәri bildirilib.

Әlaqәli Xәbәrlәr