Yeni Amerika rəhbərliyi Avropa İttifaqına xarici təhdid oldu

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın viza qadağasına reaksiyalar davam edir.

663903
Yeni Amerika rəhbərliyi Avropa İttifaqına xarici təhdid oldu

  Avropa İttifaqı Şurasının sədri Donald Tusk yeni Amerika rəhbərliyini "Avropa İttifaqına xarici təhdid" hesab edib. İngiltərə Daxili İşlər naziri Ember Radd isə viza qadağasının DAEŞ üçün təbliğat vasitəsi ola biləcəyinə diqqət çəkib.
  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın əksəriyyəti müsəlmanlardan ibarət 7 ölkənin vətəndaşlar və qaçqınlar üçün qoyduğu ABŞ-a daxilolma qadağasına bir münasibət də Avropa İttifaqından gəlib.
  Avropa İttifaqı Şurasının sədri Donald Tusk İttifaq üzvü olan 27 ölkənin rəhbərlərinə məktublar göndərib. O, yeni Amerika rəhbərliyini "Avropa İttifaqına xarici təhdid" sayıb və bildirib: "Yeni ABŞ rəhbərliyi son 70 illik Amerika xarici siyasətini dəyişməklə Avropa İttifaqını çətin vəziyyətə salır".
  Trampın viza qadağası qərarını İngiltərənin Daxili İşlər naziri Ember Radd (Amber Rudd) da "separatçı və səhv addım" adlandırıb, bunun DAEŞ üçün təbliğat vasitəsi ola biləcəyindən narahatlığını dilə gətirib. Radd bu qadağanın təkcə müsəlmanlara aid olmadığını da nəzərə çatdırıb.

 



Әlaqәli Xәbәrlәr