Somalidə quraqlıq həyatı təhdid edir

Ölkənin Orta və cənub ərazilərindən axan Sebil çayı quruyub.

664130
Somalidə quraqlıq həyatı təhdid edir

Somali rəsmilərinin məlumatına görə, çayın qurumasına yağışların az olması və qonşu ölkə Efiopiya  rəhbərliyi  tərəfindən  Çayın üzərinə inşa  edilən  su anbarları səbəb  olur.

Quraqlıq səbəbiylə qida və su təmin etməkdə çətinlik çəkən Somali xalqı, ev- eşiklərini tərk edərək paytaxt Moqadişu yaxınlığındakı çadır düşərgəyə sığınır.

Birləşmiş Millətlər Təşkilatının Dekabr ayında yayımladığı hesabata görə, quraqlıq səbəbiylə əhali sayı 10 milyondan çox olan Somalidə 5 milyon insan qida təmin etməkdə çətinlik çəkir.

Hesabatda bildirilir ki, ölkədə aclıq fəlakətinin yaşanmaması üçün bölgəyə təcili humanitar yardım çatdırılmalıdır.



Әlaqәli Xәbәrlәr