Pan Gi Mun prezident seçkilәrindә namizәdliyini irәli sürmәyәcәk

Bu barәdә o, Milli Mәclisdә keçirdiyi mәtbuat konfransında bildirib.

663112
Pan Gi Mun prezident seçkilәrindә namizәdliyini irәli sürmәyәcәk

Birləşmiş Millətlər Təşkilatının  keçmiş baş katibi Pan Gi Mun  bazı siyasi dairələrin dar görüşlü mövqeləri sәbindәn mәyus olduğunu  bildirərək Cənubi Koreyada keçirilәcәk prezident seçkilәrindә namizәdliyini irәli sürmәyәcәyini açıqlayıb.

Pan Gi Mun  Milli Məclisdə keçirdiyi mətbuat konfransında: ‘‘Siyasәtdә dəyişiklik yaratmaq və ölkəni birləşdirmək  istiqamәtindәki  arzularımdan imtina edirəm. Bəzi siyasi dairələrin dar görüşlü  eqoist mövqeləri sәbәbindәn  mәyus oldum  və onlarla birlikdə irәlilәmәnin  mənasız olduğu qənaətinə gəldim" deyib.

Pan Gi Mun dekabr ayında Nyu-Yorkda mətbuat nümayəndələrinə verdiyi açıqlamada: ‘‘Xalqıma  köməyim  olacaqsa  çəkinmədən özümü fәda  edәrәm’’ deyә bildirmişdi.



Әlaqәli Xәbәrlәr