Hәsәn Ruhaninin mart ayında Rusiyaya səfər etməsi gözlәnilir

Bu barәdә  Kremlin mәtbuat katibi Dmitri Peşkov  mәlumat verib.

662951
Hәsәn Ruhaninin mart ayında Rusiyaya səfər etməsi gözlәnilir

İran prezidenti Həsən Ruhaninin mart ayında Rusiyaya səfər etməsi planlaşdırılır.

Hәsәn Ruhaninin sәfәri çәrçivәsindә  Moskvada  Rusiya prezidenti Vladimir Putin ilә  görüş keçirmәsi nәzәrdә tutulur.

Bu barәdә  Kremlin mәtbuat katibi Dmitri Peşkov  mәlumat verib.

Sәfәrlә bağlı hazırlıqların davam etdiyini bildirәn Dmitri Peskov görüşün tarixi ilә bağlı açıqlama verәcәklәrini bildirib.

Qeyd edәk ki, Türkiyә vә Rusiyanin liderliyilә, İranın dәstәyi vә Qazaxıstanın ev sahibliyindә  keçirilәn  Suriya üzrә  sülh danışıqları ötәn hәftә Astanada keçirilib.

Danışıqlar  nәticәsindә üç zamin ölkәnin yayımlanan birgә bildirişindә  Suriyada әldә olunan atәşkәs rejiminә әmәl olunmasına  nәzarәt edilmәsi mәsәlәsindә razılığa gәlinib.



Әlaqәli Xәbәrlәr