Tramp və Salman Suriya, Yəmən və İranı müzakirə etdilər

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla Səudiyyə Ərəbistanı kralı Salman Əbdüləziz telefonda danışıblar.

662373
Tramp və Salman Suriya, Yəmən və İranı müzakirə etdilər

  İki lider terrorla mübarizə və iqtisadiyyat mövzularında fikir mübadiləsi aparıblar.

  ABŞ-ın prezidenti Donald Trampla Səudiyyə Ərəbistanı kralı Salman Əbdüləziz telefonda danışıblar. Söhbət zamanı terrora qarşı mübarizə və hərbi tədbirlərlə yanaşı iqtisadi mövzular da müzakirə edilib. Liderlər terror təşkilatı DAEŞ-lə mübarizədə daha qətiyyətli mübarizə aparmaq, Suriya və Yəməndə etibarlı bölgələr yaratmaq mövzusunda eyni fikirdə olduqlarını söyləyiblər.  

  İki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsilə bağlı atılacaq addımların isə həm Amerika Birləşmiş Ştatları, həm də Səudiyyə Ərəbistanında yeni iş yerlərinin yaradılmasına təkan olacağı vurğulanıb.  

  İki lider İranın bölgədəki təsirinin artmasıyla bağlı da fikir mübadiləsi aparıblar.

 



Әlaqәli Xәbәrlәr