BMT 48 ölkənin uşaqları üçün yardım çağırışı  edib

BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF), Orta Şərq ölkələri başda olmaqla bu il 48 ölkədə 48 milyon uşağa 3.3 milyard dollar yardım edilməsi   haqqında  çağırış edib.

662578
BMT 48 ölkənin uşaqları üçün yardım çağırışı  edib

UNICEF-in 2017 uşaqlara  yardım hesabatında  bildirilib ki,   nəzərdə  tutulan  3,3  milyard  dollarlıq  yardımın 2 milyard dolları Orta şərqli uşaqlara həsr ediləcək.

Hesabatda, Türkiyə, Livan, İordaniya, Misir və İraqdakı 2.2 milyon Suriyalı qaçqın uşaq üçün təxminən 1 milyard dollar və Suriyadakı uşaqlar  üçün isə 350 milyon dollar yardıma  zərurət olduğu bildirilir.

UNICEF-in möhtaç uşaqlar üçün  yardım  tələbinin, təxminən 1.5 milyard dolları Suriyada və qonşu ölkələrdəki Suriyalı, 161 milyon dolları iraqlı, 236 milyon dolları Yəmənli və 24 milyon dolları fələstinli uşaqlar üçün  nəzərdə  tutulub.  

Hesabata   görə,  cari  ildə  dünyada 7.5 milyon uşaq  qidalanma  problemi  yaşayır.  Bu  səbəblə  yardımların əhəmiyyətli    miqdarı qidalanma  üçün istifadə ediləcək.  

Keçən il 350 min qaçqının dəniz yolu ilə Avropaya çatdığı və bunlarının 50%-nin Suriyalı və Əfqanlılardan ibarət uşaqlar olduğu ifadə   edilən  hesabatda, Avropaya pənah aparan  qaçqın uşaqlarının, zorakılığa  və cinsi təcavüzə məruz qaldıqlarına  diqqət  çəkilib. İraqdakı qarşıdurmalar səbəbindən isə 11 milyon insanın yardıma  möhtac  olduğu və 3 milyon insanın  məcburi  köçə   məruz  qaldığı  vurğulanıb.



Әlaqәli Xәbәrlәr