Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bu gün dayandırılması gözlənilir

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu gün dayandırıla bilər.

662556
Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bu gün dayandırılması gözlənilir

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bu gün dayandırılması gözlənilir.

 Dekabrın 19-da  Aİ Şurasının verdiyi açıqlamada Ukrayna böhranının həllini nəzərdə tutan Minsk Müqaviləsinin yerinə yetirilmədiyi və bu səbəblə də Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların 31 yanvar 2017-ci il tarixinə qədər uzadılması barədə qərar qəbul olunduğu bildirilmişdi.
 
 Dekabrın 15-də Belçikanın paytaxtı Brüsseldə  keçirilən Aİ Liderlər Sammitində Aİ-yə üzv ölkələr Rusiyaya qarşı sanksiyaların uzadılması barədə qərar qəbul etmişdi.
 
 Aİ Rusiyanın Ukrayna böhranına və Krımın Rusiyayaya birləşdirilməsinə görə məsuliyyət daşıdığını bildirir. Moskva bu iddiaları rədd edir. Rusiya Aİ-nin 1 avqust 2014-cü ildə rəsmən qüvvəyə mindirdiyi sanksiyalara cavab olaraq, Aİ üzvü olan ölkələrə ərzaq embarqosu tətbiq edir, bu ölkələrdən gələn bəzi ərzaq məhsullarının ölkəyə girişinə icazə vermir.



Әlaqәli Xәbәrlәr