Vaşinqtonda Donald Trampın miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib

Ağ Evin qarşısında toplaşan minlərlə insan sığınacaq axtaranlarla həmrəylik nümayiş etdiriblər.

661337
Vaşinqtonda Donald  Trampın miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib

Vaşinqtonda ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə qarşı nümayiş keçirilib.

Ağ Evin qarşısında toplaşan minlərlə insan sığınacaq axtaranlarla həmrəylik nümayiş etdiriblər.

Aksiyaçılar  "Hamımız qaçqınıq" , "Bura bizim evimizdir" kimi şüarlar səsləndiriliblər.

Aksiya iştirakçıları Trampın miqrasiya ilə bağlı son fərmanlarının qəbuledilməz olduğunu bildiriblər.

Qeyd edək ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. 



Әlaqәli Xәbәrlәr