ABŞ ilə Cənubi Koreya arasında yeni addımlar atılır

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trump ilə Cənubi Koreyanın müvəqqəti prezidenti Hwang Kyo-ahn arasında telefon danışığı olub.

661419
ABŞ ilə Cənubi Koreya arasında yeni addımlar atılır

Görüş zamanı “Şimali Koreya təhdidinə qarşı tədbirlərin həyata keçirilməsinin lazım gəldiyi vurğulanıb.

Ağ Evdən verilən açıqlamada bildirilib ki, Cənubi Koreya lideri, ABŞ prezidenti Trumpa yeni vəzifəsinə başlaması münasibətiylə telefon edib. İki lider arasında baş tutan danışıqda ABŞ-Cənubi Koreya arasında güçlü əlaqələrin olduğu vurğulanıb. Trump, Cənubi Koreyanın təhlükəsizliyi üçün hərbi imkanlar da daxil olmaqla lazımlı tədbirlərin həyata keçiriləcəyi mövzusunda Kyo-ahna zəmanət verib. İki lider Şimali Koreya təhdidinə qarşı ortaq müdafiə tutumlarının gücləndirilməsi uğrunda lazımlı addımların atılması mövzusunda razı qalıb.

 Müdafiə naziri Ceyms Mattisin qarşıdakı günlərdə Cənubi Koreyaya edəcəyi səfərin, iki ölkə arasındakı əlaqələrin əhəmiyyətinin göstəricisi olduğuna diqqət çəkilib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Jeff Davis, Mattisin xaricə ilk səfərini Cənubi Koreya ilə Yaponiyaya reallaşdıracağını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr