Tramp belə deyir, Mey elə

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp ilk rəsmi səfərini İngiltərəyə edib və ölkənin Baş naziri Tereza Mey (Theresa May) ilə görüşüb.

660765
Tramp belə deyir, Mey elə

  Ağ Evdəki görüşdən sonra ortaq mətbuat konfransında çıxış edən liderlər bir çox gündəm mövzularına, o cümlədən, Rusiyaya tətbiq olunan sanksiyaların qaldırılıb-qaldırılmayacağına toxunublar.  

  Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonda danışacağını və Moskva ilə yaxşı əlaqələr qurmaq istədiyini bildirib.

  İngiltərənin Baş naziri Tereza Mey isə Rusiyaya sanksiyaların qaldırılması ilə bağlı narahatlığını dilə gətirib, mövcud şərtlər dəyişməzsə, bunu etməmək lazım olduğu söyləyib.

  Ortaq mətbuat konfransında terror təşkilatı DAEŞ-ə qarşı mübarizədə iki lider həmrəliyi də dilə gətirilib.  



Әlaqәli Xәbәrlәr