Bu fikri Türkiyə ABŞ-dan əvvəl demişdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Suriyada “etibarlı bölgələr” quracağını açıqladı.

660442
Bu fikri Türkiyə ABŞ-dan əvvəl demişdi

  Prezident kimi ilk müsahibəsini Ağ Evdə ABC televiziyasına verən Tramp deyib: "Suriyalılar üçün mütləq etibarlı bölgələr quracağıq. Milyonlarla qaçqının Avropaya qəbul edilməsi böyük bir səhvdir”.

  Mövzuyla bağlı mediada yayılan fərman layihəsinin qaralama mətnində ABŞ Müdafiə Nazirliyi və Dövlət Katibliyinin Suriya və qonşu ölkələrdə etibarlı bölgələr yaradılması üçün 3 ay içində plan hazırlanacağı yazılır. Təhlükəsiz bölgə üçün seçiləcək qonşu ölkələrin adları isə açıqlanmır.

  Amerika rəhbərliyinin bu addımına Türkiyə münasibət bildirib. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu Suriyada etibarlı bölgə yaradılmasını ilk gündən Türkiyənin istədiyini, vətəndaş müharibəsi başlanandan bəri bu fikri müdafiə etdiyini xatırladıb, bu işin görülməsinin vacibliyini vurğulayıb.

  Trampın şərhlərinə bir cavab da Moskvadan gəlib. Rusiya Prezident Administrasiyası rəhbərinin müavini və Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib: “Amerika rəhbərliyi bu mövzunu Rusiya ilə də müzakirə etməlidir. Etibarlı bölgələr qərarı Bəşər Əsəd rəhbərliyi ilə olmalıdır. Belə bir addımı atmaq üçün nəticələri yaxşı hesablamaq lazımdır”, - deyib.
 



Әlaqәli Xәbәrlәr