Everestin hündürlüyü yenidən ölçüləcək

Mütəxəssislərdən bəziləri dağın hündürlüyünün azaldığına inanır, ancaq bu barədə dəqiq məlumat yoxdur.

658774
Everestin hündürlüyü yenidən ölçüləcək

Hindistan hökuməti 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ ilə əlaqədar yer kürəsinin ən hündür nöqtəsi olan Everest zirvəsini yenidən ölçməyi planlaşdırır.

Hökumətin yaratdığı komissiyanın sədri Svarna Subba bildirib ki,  iki aydan sonra ekspedisiya dünyanın ən yüksək dağ zirvəsinə yola düşəcək. Zirvənin ölçülməsi bir ay davam edəcək. Daha bir həftə isə hesablamalara sərf olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl peykdən alınan məlumatlara görə, Everestin hündürlüyü bir neçə santimetr azalıb. 1955-ci ildə aparılan ölçmənin nəticələrinə əsasən, zirvənin hündürlüyü 8848 metr olub.

Xatırladaq ki, 2015-ci ilin aprelində Nepalda 7,9 bal gücündə zəlzələ baş verib. Ona görə hündürlük yenidən ölçülür.

Mütəxəssislərdən bəziləri dağın hündürlüyünün azaldığına inanır, ancaq bu barədə dəqiq məlumat yoxdur.



Әlaqәli Xәbәrlәr