İranın Məşhəd şəhəri ‘2017-ci il İslam Dünyası Mədəniyyət Paytaxtı’ seçildi

İranın Məşhəd şəhəri, bu münasibətlə il boyu davam edəcək festivala ev sahibliyi edir.

658123
İranın Məşhəd şəhəri ‘2017-ci il İslam Dünyası Mədəniyyət Paytaxtı’ seçildi

İslam Əməkdaşlıq Təşkilatına bağlı İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən 2017-ci ilin İslam dünyasının mədəniyyət paytaxtı seçilən şəhərlərdən biri olan İranın Məşhəd şəhər, bu münasibətlə il boyu davam edəcək festivala ev sahibliyi edir.

Festivalın açılış mərasimi Məşhəddəki Qüds-ü Rəzəvi Konfrans Salonunda təşkil edilib. Mərasimə İranın vitse-prezidenti Şehindoht Mevlaverdi ilə 50 ölkədən nazir və səfir səviyyəsində nümayəndələr qatılıb.

Xorasan-ı Rəzəvi əyalətinin valisi Əli Rza Rəşidiyan mərasimdə etdiyi çıxışında, İslam dünyasının, mənşəyi Məhəmmədi İslam olan mədəniyyət və dialoq həsrətiylə yaşadığını vurğulayıb.

2017-ci il "İslam Dünyasının Mədəniyyət Paytaxtı" Məşəhəd şəhərindən başqa İordaniyanın paytaxtı Amman və Uqandanın paytaxtı Kampala da seçilib.



Әlaqәli Xәbәrlәr