Rusiyaya aid qırıcılar DEAŞ-a zәrbәlәr endirib

Bu barәdә Rusiya Müdafiə Nazirliyindәn verilәn açıqlamada bildirilib.

657487
Rusiyaya aid qırıcılar DEAŞ-a zәrbәlәr endirib

Rusiya Müdafiə Nazirliyi  Rusiyaya aid  6 Tu-22 qırıcısının terror tәşkilatı DEAŞ-ın  Suriyanın  Deyr әz Zor  şәhәrindәki mövqelәrinә zәrbәlәr endirdiyini açıqlayıb.

Açıqlamada: ‘‘Yanvarın 23-dә Rusiyaya aid Tu-22 qırıcıları terror tәşkilatı DEAŞ-ın  Suriyanın Deyr әz Zor şәhәrindәki mövqelәri ilә silah vә sürsat ambarlarını vurdu’’ deyilir.

Nazirlik hәmçinin bütün hәdәflәrin müvәffәqiyyәtlә mәhv edildiyini  vurğulayıb.

Hava әmәliyyatından sonra döyüş tәyyarәlәrinin  Rusiyadakı bazalarına geri qayıddıqları  bildirilib.

Dəməşqin Şərq Guta və Cobar bölgələri ilə Xama və Hələb ətrafında atəşkəs pozuntularının davam etdiyi bildirilir.



Әlaqәli Xәbәrlәr