Trampın andiçmə mərasimində Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edir

ABŞ-da bu gün rəsmi olaraq səlahiyyətlərinin icrasını Barak Obamadan təhvil alacaq olan Donald Tramp üçün andiçmə mərasimi keçiriləcək.

655358

Müxtəlif ölkələrdən xeyli sayda yüksək səviyyəli rəsmilər də mərasimdə iştirak etmək üçün paytaxt Vaşinqtondadır.

Trampın andiçmə mərasimində Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edir.

Tramp Respublikaçı Partiya liderlərinin şərəfinə dünən ziyafət verib.

Tramp orda etdiyi çıxışında yeni dönəmdə güclü bir kabinetlə ölkənin bütün problemlərini həllə qovuşduracaqlarını söyləyib.

Ziyafətdə yüksək səviyyəli rəsmilərlə bir araya gələn xarici işlər naziri Mövlud Çavuşoğlu da ABŞ-in Milli Təhlükəsizlik üzrə müşaviri təyin edilən gənəral Mike Filin ilə görüşüb keçirib.

And içərək vəzifəni Obamadan təhvil alacaq Trampın Türkiyə-ABŞ əlaqələrinə və Orta Şərq perspektivlərinə  dair atacağı addımlar maraqla gözlənilir.

Türkiyənin və Türk millətinin gözləntilərini açıq şəkildə dilə gətirən Çavuşoğlu yeni dönəmdə imtina edilməyən müttəfiqlik əlaqələri cəhətdən qarşılıqlı yol xəritəsinin yenidən şəkilləndirilməsinin vacibliyini ifadə edir.

Әlaqәli Xәbәrlәr