Koalisiya qüvvələri Əl Bab yaxınlığında əməliyyata başlayıb

Polkovnik John Dorrian, koalisiya qüvvələrinin Suriyada Əl Bab yaxınlığında, Türkiyəyə dəstək məqsədiylə aviahücumlar həyata keçirməyə başladığını bildirib.

653693
Koalisiya qüvvələri Əl Bab yaxınlığında əməliyyata başlayıb

Amerika Birləşmiş Ştatlarının liderliyindəki DEAŞ əleyhdarı koalisiya qüvvələrinin sözçüsü Polkovnik John Dorrian bildirib ki, koalisiya, Suriyada Əl Bab yaxınlığında, Türkiyəyə dəstək məqsədiylə aviahücumlar həyata keçirməyə başlayıb.

Polkovnik John Dorrian, İraqın paytaxtı Bağdadda İraq və Suriyada terror təşkilatı DEAŞ-a qarşı həyata keçirilən əməliyyatlarla əlaqədar sualları cavabladı.

Koalisiyanın Suriyada Türkiyə ilə gündəlik koordinasiya və danışıqlarının davam etdiyini ifadə edən Dorrian:”Son vaxtlarda Türkiyəyə və Əl Bab yaxınlarında dəsdək verdiyimiz qüvvələrə yardım məqsədiylə kəşfiyyat əldə etmək üçün uçuşlar etdik. Əl Bab ətrafındakı hədəflərə aviahücumlar təşkil etməyə başladıq. Əməliyyatlarda şəhərə yaxın düşmən qüvvələrinə ağır zərbə endirildi. Koalisiya, DEAŞ-a qarşı mübarizədə Türkiyə ilə bir çox cebhədə əmikdaşlıq etməkdə davam edəcək.

 



Әlaqәli Xәbәrlәr