‘‘Rus və Türk deputatları arasındakı dialoq әn qısa zamanda başlamalıdır''’

Bunu Rusiyanın  Federasiya Şurasının xarici әlaqәlәr  komitәsinin sәdri Konstantin Kosaçev deyib.

652753
‘‘Rus və Türk  deputatları arasındakı  dialoq әn qısa zamanda başlamalıdır''’

Rusiyanın  Federasiya Şurasının xarici әlaqәlәr  komitәsinin sәdri Konstantin Kosaçev Türk vә Rus deputatlar arasında qarşıdakı aylarda  görüşün  keçirilәcәyini vә  müzakirәlәrin yazın sonunda başlayacağını deyib.

Rusiya mәtbuatına açıqlama verәn Kosaçev bunları qeyd edib: ‘‘Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Berat Çonkar ilə iki ölkənin deputatları arasında keçirilәcәk  görüşün yeri və zamanını  müzakirә edirik.  Hələ ki dәqiq qәrar almamışıq. Ancaq Rus və Türk  deputatları arasında dialoqun   әn qısa zamanda başlaması  iki tərəfin də xeyrinə olacaq. Bu mövzuda heç bir şübhə yoxdur’’ deyib.

Kosaçev hәmçinin görüşün genişləndirilmiş formatda keçirilәcәyini dә sözlәrinә әlavә edib.



Әlaqәli Xәbәrlәr